Gəlin keçmiş sevgililərinin hamısını toyuna dəvət etdi -

Çinin sosial media platforması “Weibo”da toy mərasiminə dair paylaşılan görüntülər gündəm olub.

Metbuat.az xəbər verir ki, adı açıqlanmayan gəlin bütün keçmiş sevgililərini toyuna dəvət edib. Maraqlısı budur ki, gəlin onların hamısını eyni masada əyləşdirib. Gəlinin keçmiş sevgililərinin masasının üzərində “Uğursuzlar Klubu” qeydinin yazılması diqqət çəkib.

Məlumata görə, masada 5 nəfər olub. Gəlin masanın üzərinə Çin dilindən tərcümədə “Keçmiş kişi dostların tablosu” yazılmış kağız da qoyub.

Məlumata görə, bəy bunu normal qəbul edib. Sevgililərin sayı da sosial mediada müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR