Lukaşenkodan GÖZLƏNİLƏN CAVAB:

"Taktiki nüvə silahları üçün bütün infrastruktur yaradılıb və hazırdır".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Belarus prezidenti Aleksandr Lukaşenko edib.

"Bizim təyyarələrimiz nüvə başlıqları da daşıya bilər. Siz Rusiya prezidenti Vladimir Putinin Belarus ərazisində müvafiq infrastrukturun yaradılması ilə bağlı birgə planlar barədə artıq eşitmisiniz. Mən xalqa və parlamentə bildirmək istəyirəm ki, bununla bağlı hər şey hazırdır".

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

Kreml rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib.

Öz növbəsində ABŞ Moskvanın bu açıqlamasından sonra Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmasına inanmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR