Lukaşenko hakimiyyətdən gedəcəyini elan etdi

“Kimin respublika prezidenti olacağına yalnız Belarus xalqı qərar verəcək”.

Metbuat.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətində bildirib.

“Prezidentinizin kimin olacağına qərar vermək sizin ixtiyarınızdadır. Amma mən sizə deyim ki, hakimiyyətdən kifayət qədər doymuşam. Siz qərar verin və bu gündən etibarən bu barədə danışmağı dayandırın. İrsiyyət, davamlılıq haqqında bütün söhbətləri dayandırmaq lazımdır. Mənim övladlarım prezident olmayacaq.

O, prezident postunu tərk etdikdən sonra ölkənin rifahı üçün çalışacağını vurğulayıb: “Mən heç vaxt, necə deyərlər, axsaq ördək olmayacağam. Bax burada hakimiyyətdən gedəcəyimi elan etdim. Əsas odur ki, Belarus vətəndaşları, onların uşaqları və nəvələri dinc ölkədə yaşasınlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR