Bakı metrosunda nə BAŞ VERİR? -

Bakı metrosunda yerə dağılan kimyəvi maddələrin reaksiyası ani alışmaya səbəb olub.

Metbuat.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində toz halında xlor maddəsi olan şüşə balon düşüb.

Qurumdan bildirilib ki, daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR