Podolyak Lukaşenkonun təklifini “absurd” adlandırdı

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Belarus lideri Aleksandr Lukaşenkonun Rusiya ilə barışıq təklifini “absurd” adlandırıb.

Metbuat.az xəbər verir ki, Podolyak bu haqda tviterdə yazıb.

“İstənilən atəşkəs Rusiya Federasiyasının işğal olunmuş ərazilərdə qalmaq hüququ demək olacaq. Bu, tamamilə qəbuledilməzdir. Ukraynanın öz ərazisi boyunca qoşunlarını və texnikasını istədiyi kimi yeritmək hüququ var”, - deyə Podolyak vurğulayıb.

O, bu cür təkliflərlə çıxış edənləri “qəribə sülhməramlılar” adlandırıb.

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətində “Döyüşlərin dayandırılmasını, hər iki tərəfdən qoşunların köçürülməsi, yenidən qruplaşdırılması, silah-sursat və hərbi texnikanın yerdəyişməsi hüququ olmadan sülh elan etməyi təklif etməyə cəhd edəcəyəm”, - deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR