Türkiyənin Elazığ şəhərində təbii qaz sızması çağırışı ilə ünvana gələn polislər bir evdə altı nəfərin meyitini tapıblar.
Metbuat.az İHA-ya istinadən xəbər verir ki, əraziyə çox sayda polis və səhiyyə işçisi cəlb edilib.
Məlumata görə, onların hamısı başından odlu silahla vurularaq qətlə yetirilib.
Belə ki, müəllim olan Hüseyn naməlum səbəbdən ailəsi ilə mübahisə edib. Bundan sonra o, özü ilə gətirdiyi tüfənglə atasını, anasını, bacısını və sağlamlıq imkanları məhdud olan iki qardaşını güllələdikdən sonra intihar edib.