​21-ci əsrin Stalinqradı:

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib ki, Rusiya ordusunun Donetks vilayətinin Baxmut şəhərinə hücum üçün canlı qüvvəsi tükənir.

Onun sözlərinə görə, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”. A.Sirskinin həmçinin bildirib ki, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur.

21. yüzyılın Stalingradı: 5 maddede Rusya’nın Bahmut kuşatması

Vəziyyəti şərh edən siyasi şərhçi Kənan Novruzov saytımıza bildirdi ki, 6 aydır ki, ərazidə gərgin döyüşlər müddətində Rusiya Silahlı Qüvvələri Baxmutu mühasirəyə alsalar da, hələ ki, şəhəri ələ keçirə bilməyiblər. Bu isə onların ciddi müqavimətlə üzləşdiyini göstərir.

"Rusiya yarım ildir ki, Baxmutda mübarizə aparırsa, deməli, bu istiqamət onlar üçün, doğrudan da, mühümdür. Rusiya ordusu Baxmutu ələ keçirdikdən sonra digər istiqamətlər üçün də yol açılacaq. Eyni zamanda Rusiya ordusunun komandanlığı başa düşür ki, Baxmutun işğalı Ukraynaya psixoloji təsir ola bilər. Ona görə də Rusiya ordusu hələ də Baxmutdan çıxmır".

Kənan Novruzov hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin Baxmutda “dalana dirənməsinin” 3 əsas səbəbi var.


"Bunlardan birincisi və ən əsası Ukrayna hərbçilərinin uğurlu mübarizəidir. İkincisi, Qərbin Ukraynaya davamlı dəstəyidir. Üçüncüsü isə Rusiya ordusundakı xaosdur. Artıq məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatının fikirləri bir çox hallarda üst-üstə düşmür. Bu, özünü cəbhənin bir çox istiqamətlərində, o cümlədən Baxmutda da göstərir. Hərbi nəzəriyyələrə əsasən, hücumçu müdafiə olunan tərəfdən ən azı iki dəfə artıq itki verir. Bu isə Ukrayna Silahlı Qüvvələrinin qarşı tərəfin itkiləri ilə bağlı iddialarının doğru olması ehtimalını artırır. Baxmutda döyüşlər davam etdikcə, yəqin ki, Rusiyanın itkiləri daha da artacaq. Amma Rusiyanın yaxın vaxtda Baxmutdan əl çəkəcəyi gözlənilmir".

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR