"Kəpəz" "Səbail"i məğlub etdi -

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqədə Abdullahi Şuaybu fərqlənib.

Xallarının sayını 25-ə çatdıran "Kəpəz" 7-ci pilləyə yüksəlib. 18 xala malik "dənizçilər" sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Zirə" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" matçları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR