"Barselona" rəqibini belə darmadağın etdi -

İspaniya La Liqasında XXVII turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, lider “Barselona” autsayder “Elçe”nin qonağı olub. Görüş Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 4:0

“Barsa”nın heyətində Robert Levandovski dubl edib, Ansu Fati və Ferran Torres hərəyə bir dəfə fərqləniblər.

Qələbə sayəsində xallarını 71-ə çatdıran “Barselona” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Real Madrid”i 15 xal üstələyir. “Elçe” isə cəmi 13 xal toplayıb və sonuncu - 20-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR