Mayda bu tarixlərdə iş olmayacaq -

May ayında 3 gün qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ilin may ayında 9 May – Faşizm üzərində Qələbə günü, 28 Mау – Müstəqillik Günü münasibətilə iş olmayacaq.

Bununla yanaşı, 28 May bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət gününün yeri dəyişir və 2023-cü il mayın 29-u qeyri-iş günü hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR