Murad Əzimzadə bu verilişdən

"ATV Səhər"in aparıcısı Murad Əzimzadə verilişdən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı öz feysbuk hesabına məlumat verib. O qeyd edib ki, öz istəyi ilə proqramdan gedib:

"Səhətimlə bağlı xırda problem yaşadım (sinirlərimdən dolayı) və ən azı bir müddət ATV Səhərdə məni görməyəcəksiz. Düşünürəm ki, Atv Səhərdə çalışdığım bu 6 ay müddətində qazanan tamaşaçılarımız oldu. Çünki təqdim etdiyim proqramın formatından və yaradıcı tutumundan aslı olmayaraq hər zaman izləyicinin sözü və səsi olmağı prioritet qəbul etmişəm. Təbii ki, qiyməti verən, fərqi görən siz tamaşaçılarsınız. Sağlıq olsun hələ yolumuz uzundur! Qısa müddət sonra layihə rəhbəri və müəllifi olduğum, sevimli proqramınız olan “Bağ mövsümü”nü doğma ATV’də sizə təqdim edəcəm",- deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR