Blinken Lavrova buna görə zəng edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefonda danışıb.

Metbuat.az xəbər verir ki, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ABŞ-ın “Wall Street Journal” qəzetində çalışan Evan Qerşkoviçin həbsi müzakirə olunub. Lavrov bildirib ki, ABŞ-ın məsələyə sərt reaksiya verməsi yolverilməzdir. Rusiyalı nazirin sözlərinə görə, amerikalı jurnalistin həbsi məsələsi barədə ABŞ səfirliyinə müəyyən olunmuş qaydada məlumat verilib. Lavrov bəyan edib ki, jurnalist dövlət sirri sayılan məlumatları toplamağa çalışıb və onun əməlinə məhkəmə qərar verəcək. Telefon söhbəti zamanı hər iki nazir ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR