Bakıda böyük layihə:

Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan "Kubinka” yeni, müasir görkəminə qovuşacaq.

Keçmiş filmlərdə gördüyümüz bazarlar, məhəllələr yaxın gələcəkdə yeni siması ilə hər kəsi təəccübləndirəcək. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəz olunacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka”da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov itv-yə bildirib ki, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur: "Kubinka"nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə adiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır.

Kimlərin ki, evlərinin sahəsi 20 kvadrata yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadrat metr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR