3 tərəfdən mühasirəyə alınan Baxmut təslim olmur

İrimiqyaslı döyüşlərə səhnə olan Donetsk bölgəsindəki Baxmut cəbhəsində ağır silahlardan istifadə edilir.

Metbuat.az xəbər verir ki, Donetsk bölgəsində Baxmutla yanaşı Avdeevka, Marinka və Uğledar kimi şəhərlərdə də ordular ciddi itkilər verir. Məlumata görə, ordular əsas qüvvələrini bu bölgəyə cəmləşdirib. Döyüş təyyarələri və helikopterlərin də istifadə olunduğu cəbhədə tez-tez partlayış səsləri eşidilir.Təhlükəsizlik məqsədilə “qırmızı ərazi” elan edilən Baxmut şəhəri ətrafındakı cəbhə xəttində artilleriya atəşi intensiv şəkildə eşidilir.

Rusiya ordusunun üç tərəfdən mühasirəyə aldığı Baxmut şəhərinə gedən yeganə yol Çasov Yar şəhərindən keçdiyi üçün bu marşrut da rus qüvvələrinin hədəfindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR