​İranda hicab qaydalarına əməl etməyənlər təhsil ala bilməyəcək

İranda universitet və orta məktəblərdə hicab qaydalarına əməl etməyən tələbələr təhsil ala bilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma, Texnologiya Nazirliyi və Milli Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verib. Hər iki nazirliyin açıqlamasında hicab qaydalarına əməl etməyən tələbələrin təhsil ala bilməyəcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl İranın rəsmi dairələri hicab qaydalarına əməl etməyənlərin cəzalandırılacağını açıqlamışdı. İranda etirazlardan sonra bəzi qadınlar hicabdan imtina etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR