Generalın adından saxta məktub yayıldı -

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.

"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovdur.

Generalın adından saxta məktub yayıldı -  FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR