Bakı Təhsil İdarəsi: Etiraza qalxan məktəbin direktoru vəzifəsindən azad edildi

Bakı Təhsil İdarəsi: Etiraza qalxan məktəbin direktoru vəzifəsindən azad edildi
14:14 19 Yanvar 2015
184 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar rəsmi məlumat yayıb. İdarədən Lent.az-a bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin  nəzarəti altındadır.

118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR