Burak Yılmaz oyunçu kariyerasını dayandırdı:

Hollandiyanın “Fortuna Sittard” klubu ilə yollarını ayıran Burak Yılmaz Türkiyəyə qayıdır.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası Burak Yılmazın “Beşiktaş”a qayıdacağını yazır. İddialara görə, Burak Yılmaz “Beşiktaş” klubunun texniki heyətində yer alacaq. Onun məşqçi kimi işləmək ehtimalı var.

Qeyd edək ki, Burak Yılmaz Hollandiya klubu ilə 2 illik futbolçu, 3 illik isə məşqçi kimi müqavilə imzalayıb. Lakin 1 il klubda oynayan 37 yaşlı futbolçu “Fortuna Sittard”dan ayrıldığını elan edib. Burak Yılmaz “Beşiktaş”la bağlı iddialara hələlik münasibət bildirməyib.

Ötən il Burak Yılmaz Türkiyə Futbol Federasiyasının Antalyada keçirilən UEFA A və B Lisenziyalı Məşqçilik kursuna qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR