"Cəsus şar" ABŞ-da kəşfiyyat məlumatları ələ keçirib

ABŞ səmasında müşahidə edilə hava şarının kəşfiyyat məlumatları topladığı irəli sürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası iki yüksəkrütbəli amerikalı rəsmiyə istinadla xəbər verib. Məlumata görə, ABŞ-ın cəhdlərinə baxmayaraq hava şarı bəzi kəşfiyyat məlumatları əldə edə bilib. Qeyd edilib ki, ABŞ vaxtında müdaxilə etməsəydi hava şarı daha çox məlumat toplaya bilərdi.

Qeyd edək ki, iki ay əvvəl ABŞ-a daxil olan şarın Çindən gəldiyi bildirilib. ABŞ hava şarını raketlə vuraraq zərərsizləşdirib. Çin iddia edib ki, hava şarı əlverişsiz hava şəraitinə görə ABŞ ərazisinə uçub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR