"Erməni sakinlərin reinteqrasiyasında qərarlıyıq"

"Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır".

Metbuat.az xəbər verir ki, bunu aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Nazir, həmçinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı dövrdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR