Bu müəllimlər təhsil sistemindən uzaqlaşdırılacaq -

Diplomu dövlət nümunəli olmayan müəllimlər sertifikatlaşdırmaya onun üçün cəlb olunur ki, savadı çatmayanlar təhsil sistemindən uzaqlaşdırılsın.

Metbuat.az xəbər verir ki, bunu axar.az-a “diplomu dövlət nümunəli olmayan təhsilverənlərin sertifikatlaşdırmaya cəlb olunması” ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“2014-2018-ci illərdə aşkarlanan diplomu dövlət nümunəli olmayan altı min təhsilverənin bir qismi işdən kənarlaşdırılıb, yerdə qalanlarına isə məhkəmə qərarı ilə qaydalara əsasən altı saata qədər dərs verildi. Hazırda sözügedən sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlər onlardır. Bu da o deməkdir ki, altı saata qədər dərs verən müəllimlər sertifikasiyadan keçə bilsələr, tam ştat dərs götürə biləcəklər”.

Ekspert bunu da əlavə edib ki, serifikasiyadan keçməyənlərə bir dəfə şans veriləcək, növbəti ildə də keçməsələr, həmin şəxslərlə müqavilə imzalanmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR