İşdən çıxarılan baş həkim danışdı:

Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad olunduğu deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan və qaldığı uşaq evi ilə bağlı şikayət edən yeniyetmə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahüseyn Rəsulovsa mətbuata açıqlamasında yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, onda yüngül pozuntunun olduğunu deyib.

Baş həkim açıqlamasından bir gün sonra tutuduğu vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, məlumatı Cebhe.info-ya təsdiqləyən sabiq baş həkim Ağahəsən Rəsulov bunun yeniyetmə ilə əlaqəli olmadığını deyib:

“Bunun səbəbini Səhiyyə Nazirliyindən öyrənin. Mən 2 ay bundan öncə öz ərizəmi vermişdim. Mənim müqaviləmin vaxtı uzadılmalı və ya uzadılmamalı idi. İki ay idi hazırlaşırdım, sadəcə, nazir indi əmr verib. O yeniyetmə ilə qətiyyyən əlaqəsi yoxdur. Yazırlar da, hamı senssasiya axtarır, elə şey yoxdur, yanlış fikirdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR