İlon Mask 39 milyard dollar sərvət itirdi

Bundan əvvəlki siyahıda dünyanın ən zəngin insanları arasında ilk yeri tutan Tesla və tvitterin rəhbəri İlon Mask ikinci sıraya enib.

Metbuat.az xəbər verir ki, İlon Mask ötən ildən 39 milyard dollar sərvət itirib. Birinci yeri Fransanın lüks malları istehsalçısı “LVMH” şirkətinin prezidenti Bernard Arnault tutub. Arnaultun sərvəti keçən il 50 milyard dollardan çox artaraq 211 milyard dollara çatıb. İlon Mask və Arnault son illərdə dəfələrlə yerlərini dəyişiblər. Məlumata görə, İlon Maskın sərvət itirməsi Tesla səhmlərinin aşağı düşməsi və onun tvitteri almasıdır.

Tesla bu il itkilərin əksəriyyətini bərpa edib, lakin hələ də səhmlərin qiyməti Maskın tvitteri almasından əvvəlki səviyyəsində aşağıdır. Siyahıdakı milyarderlər arasında ən çox pul (57 milyard dollar) itirən Amazonun qurucusu Ceff Bezos ikinci yerdən üçüncü yerə geriləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR