Milli Məclisdə ad günündə deputatlar neçə manatdan

Millət vəkili Aqil Abbas İctimai tv-də yayımlanan "Şənbə axşamı" verilişində qonaq olub.

Metbuat.az xəbər verir ki, aparıcı Eldar Rəsulovun "Milli Məclisdə kiminsə ad günü olanda neçə manatdan "atışırsınız"?" sualına deputat belə cavab verib:

"Milli Məclisdə ad günündə "atışma" yoxdur. Hər kəs öz dostları ilə yığışıb qeyd edir. Amma milli məclisin üzvü toy edirsə, bütün deputatları toya dəvət edir. Mən birinci dəfə toy edəndə 10 nəfər çağırmışdım. Deputatlar, spiker incimişdi ki, mənə niyə dəvətnamə vermədin", - deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR