Sərbəst buraxılan Trampdan İLK AÇIQLAMA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı yönəldilən məhkəmə prosesini tənqid edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkda hakim qarşısına çıxan və mühakimə olunana qədər sərbəst Donald Tramp Floridaya qayıtdıqdan sonra açıqlamalar verib. O, hadisələri “ifrat solçuların görünməmiş miqyasda seçkilərə kütləvi müdaxiləsi” kimi şərh edib. "Mən heç vaxt düşünməzdim ki, Amerikada belə bir şey ola bilər" deyən Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb. Trampın sözlərinə görə, ona yönəldilən ittihamlar saxtadır. Tramp bildirib ki, bu iddialar qarşıdan gələn 2024-cü il seçkilərinə müdaxilə məqsədi ilə irəli sürülüb.

Qeyd edək ki, Tramp açıq filmlərdə çəkilən aktrisa Stormi Daniels ilə münasibətini gizlətmək üçün ona “susması” müqabilində 130 min dollar verdiyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR