​İsrail təyyarələri Qəzzanı bombaladı

İsrail təyyarələri Qəzzanı bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib. Məlumata görə, İsrailin döyüş təyyarələri Qəzzanın qərbində iki ayrı məntəqəni vurub. Hücum zamanı yaralanan və ya ölənlərlə bağlı İsrail və Fələstin tərəfi məlumat verməyib.

Qeyd edək ki, İsrail polisi Məscidül-Əqsaya basqın edərək, çox sayda fələstinlini saxlayıb. Bu hadisədən sonra Qəzza zolağından İsrailə raketlər atılıb.

İsrailin döyüş təyyarələrinin Qəzzanı bombalamasının raket hücumuna cavab olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR