“Neftçi” Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq

14:17 19 Yanvar 2015
60 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 14:13 ]


Bakı – APA. “Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR