Azərbaycanlı ​iş adamı “Forbes”in milyarderlər siyahısına düşdü -

“Forbes” jurnalı dünya milyarderlərinin yeni reytinqini hazırlayıb.

Metbuat.az xəbər verir ki, siyahıya Rusiyadan olan altı nəfər də daxil edilib. Yeni siyahıda Andrey Krivenko, əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov, Denis Ştengelov, Pavel Qolubkov, Dmitri Nikolayev və İvan Streşinski də var.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Qeyd edək ki, siyahının ilk sırasını Fransanın lüks malları istehsalçısı “LVMH” şirkətinin prezidenti Bernard Arnault tutub. Arnaultun sərvəti keçən il 50 milyard dollardan çox artaraq 211 milyard dollara çatıb. İkinci yerdə isə bundan əvvəlki siyahıda dünyanın ən zəngin insanları arasında ilk yeri tutan Tesla və tvitterin rəhbəri İlon Mask yerləşib. İlon Mask ötən ildən 39 milyard dollar sərvət itirib. Amazon şirkətinin səhmləri ilə sərvətini qoruyan Ceff Bezos isə üçüncü yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR