NATO-nun qərargahında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail polisinin Məscidül-Əqsaya basqınına reaksiya verib.
Metbuat.az xəbər verir ki, Çavuşoğlu İsrail polisinin basqınını qınayıb. "İsrail həddini aşdı" deyən Çavuşoğlu bildirib ki, İsrailin davranışları qəbuledilməzdir.
“Bunu şiddətlə qınayırıq. İsrail bu cür hücumlara dərhal son qoymalıdır. Koalisiyaya baxdığımızda irqçi adlar var. İsrailin Əl-Əqsa məscidi ilə bağlı davranışını qəbul etmək mümkün deyil. Bir daha təkrarlanmayacağını ümid edirik. Nazirliyimiz də açıqlama verdi. İsraillə dialoq başladı, amma bu dialoq Fələstinin bahasına ola bilməz” - Çavuşoğlu deyib.