Məhəmməd xəstəxanadan çıxdı -

Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev məlumat verib.

O qeyd edib ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.

Aparıcı Əlinin qardaşına sahib çıxdığını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR