​“Rusiya ABŞ-la münaqişənin ən təhlükəli mərhələsindədir” -

“Rusiya ABŞ-la münaqişənin ən təhlükəli mərhələsindədir”.

Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə açıqlama verib. O Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirərkən bildirib ki, iki ölkə arasında münasibətlər kifayət qədər gərgindir.

Ryabkovun sözlərinə görə, ABŞ müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibəsində iştirak edir. Ryabkov hazırda nüvə münaqişəsi ilə bağlı çox danışıldığını açıqlayıb və xatırladıb ki, Rusiya nüvə müharibəsində qalibin olmayacağını həmişə bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR