Ukrayna ordusu böyük qüvvə ilə Baxmuta daxil olur

Rusiya və Ukrayna orduları arasında Luqansk, Xarkov, Xerson, Zaporojya və Donetskdə döyüşlər davam edir.

Metbuat.az xəbər verir ki, tərəflər əsas qüvvələrini isə Donetsk vilayətinin Baxmut, Avdeevka, Marinka və Uqledar istiqamətlərinə cəlb edib. Baxmutun tərəflər üçün strateji ərazi olduğu bildirilir. Baxmut 3 tərəfdən rus qüvvələri tərəfindən mühasirəyə alınıb və şəhərin mərkəzində döyüşlər davam edir. Bildirilir ki, ərazi davamlı hücuma məruz qaldığı üçün şəhərə ancaq zirehli texnika ilə çatmaq mümkündür. Məlumata görə, ərziyə böyük qüvvə cəlb edən Ukrayna onları Baxmuta daxil etməyə hazırlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR