Ərdoğan aldığı “Togg”u onun adına rəsmiləşdirib -

Xəbər verdiyimiz kimi Türkiyənin ilk yerli avtomobili olan “Togg” Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Metbuat.az xəbər verir ki, Ərdoğan ailəsi “Togg”un ilk sahibi olub. Türkiyə mətbuatının məlumatına görə, avtomobil Ərdoğanın deyil onun həyat yoldaşı Əminə Ərdoğanın adına rəsmiləşdirilib. Avtomobilin nömrəsi isə 34 EE 2071 seçilib.

Qeyd edək ki, 2071-ci il Türkiyə tarixi üçün önəmli olan Malazgirt döyüşünün 1000-ci ildönümüdür. Türkiyə 2071-ci ilə qədər bir sıra nailiyyətləri əldə etmək üçün qarşısına məqsəd qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR