Yaxın Şərqin 3 ölkəsi arasında müharibə gedir -

İsrail ordusu Qəzza və Livana cavab zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlamada verilib. Bildirilib ki, hücum zamanı Qəzzada HƏMAS-a aid iki tunel və iki silah anbarı vurulub. Hücumdan sonra bölgədə partlayışlar baş verib. İsrail ordusu hücumun HƏMAS-ın ölkəyə raket atmasına cavab olduğunu bildirib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat paylaşılmayıb. Qəzzaya hava hücumundan sonra İsrailin ikinci hədəfi Livan olub.

İsrail ordusu Livana zərbələr endirildiyi barədə açıqlama versə, detalları açıqlamayıb. Livan mətbuatı isə yazır ki, İsrail ordusu Livanın cənubunda yerləşən Fələstin qaçqın düşərgəsi er-Reşadiyə yaxınlığındakı ərazini bombalayıb. Qeyd edək ki, İsrail polisinin Əl-Əqsa məscidinə basqın etməsi vəziyyəti gərginləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR