İrakli Qaribaşvili Azərbaycanda səfərdədir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Metbuat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR