​Məşhur Azərbaycan markası "DivanChi Interiors" ilin ən yaxşı brendi seçildi -

Azərbaycan brendlərinin artması ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təzahürüdür. "Divanchi Interiors" sa zaman ərzində özünü təsdiq edən yerli markalardan biridir.

"DivanChi" müxtəlif üslubda hər kəsin alıb zövqlə istifadə edə biləcəyi yumşaq mebellər istehsal edir. Azərbaycan brendi kimi 2021-ci ildə təsis olunan şirkət bu sahənin peşəkarları tərəfindən qurulub.

Şirkətin təsisçisi Fərrux Alıyev həm də 10 illik dizayner təcrübəsinə malik olduğu üçün ölkədə bu sahədə boşluq olduğunu müşahidə edir. Buradan yola çıxan gənc dizayner "DivanChi Interiors"in təməlini qoyur. Italyan keyfiyyət və texnologiyasını özündə birləşdirən "DivanChi Interiors" hər büdcəyə uyğun məhsulları ilə daim müştərilərini sevindirir.

Minimalizm, retro, modern, amerikan üslubları ilə müştərilərin zövqünü oxşayan "DivanChi Interiors" gələcəkdə kolleksiyalarını qeyri-adi üslublarla zənginləşdirmək niyyətindədr. Şirkət gələcək layihələrində əsasən milli ruhu ön plana çıxarmağı hədəfləyir. Belə ki, mebellərin detallarında milli ornamentlər, tarixi elementlər öz əskini tapacaq.

Şirkətin hədəfi "DivanChi Interiors" brendini dünyaya Azərbaycan markası kimi tanıtmaqdır. İstirahət və komfortu təmsil edən "DivanChi Interiors" hər zövqə uyğun mebel modelləri ilə evlərinizə rahatlıq, xoş əhval-ruhiyyə gətirməyə hazırdır.

Qısa müddətdə qazandığı uğurlardan dolayı şirkət, 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The İnterior Brand of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR