Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Nazirin səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə deyir ki, İrakli Qaribaşvilini Azərbaycana işgüzar səfəri əsasən xarici təzyiqlərin fonunda reallaşıb.
"Gürcüstan hökumətinə qarşı ABŞ və Avropa İttifaqı sanksiyaları gündəmə gətirir, bir neçə hakimə qarşı sanksiyalar tətbiq edilib. Gürcüstan xarici işlər naziri ABŞ dövlət katibi Entoni Blinkenə məktub göndərərək sanksiyaların iki dost ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını vurğulayıb. Qərbdən Gürcüstana ciddi təzyiqlər formalaşır. Hətta yeni inqilabın baş verməsi də gündəmdədir. Demək olar ki, Gürcüstan rəsmiləri Qərbdə arzuolunmazdır".
Politoloq hesab edir ki, ölkə parlamentində "xarici agentlər" haqqında qanunun qəbul edilməsi və sonradan geri götürülməsi Qərbdə Gürcü Arzusu hökumətinə qarşı mənfi siyasi çalarların formalaşmasına səbəb oldu. M.Əsədullazadə qeyd etdi ki, Rəsmi Tiflisi Rusiyanın maraqları kontekstində siyasət aparılmasında iddiham edirlər.
"Həqiqətən Gürcüstan hökuməti Qərblə əlaqələri aşağı səviyyəyə endirərək, Rusiya Ukrayna müharibəsində sual doğuran və neytrallıqdan əlavə, Moskvanın tərəfdaşı kimi hərəkət etdi. Gürcüstan Qərblə Rusiyanın nüfuz uğrunda yenidən mübarizə mərkəzinə çevrilib. Azərbaycanın regionda həyata keçirdiyi unikal siyasət, Qərblə Prezident İlham Əliyevin münasibətlərinin yüksək olması İ. Qaribaşvilinin Azərbaycanın ciddi dəstəyinə ehtiyacı olduğunu göstərir. Azərbaycan Gürcüstanın yanında olub, daima dəstəyini ifadə edib. Qeyd edim ki, Gürcüstan Azərbaycanı və Ermənistan arasında danışıqlar platforması ola bilər. İ.Qaribaşvili Nikol Paşinyanın xahişini də gətirməsi istisna deyil. Bir sözlə, Cənubi Qafqazın hər iki ölkəsi Azərbaycandan aslı vəziyyətə gəlib".
Gülbəniz Hüseynli / Metbuat.az