Jurnalistin bu sözləri Şahin Diniyevi

“Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 29-cu turunda “Sabah”la (2:1) oyundan sonra keçirilən mətbuat konfransına fərqli başlayıb.

Metbuat.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini açıqlamadan öncə üzünü jurnalistlərə tutaraq deyib:

“İlk dəfə olaraq mənim sizə sualım var. Sizcə, belə futbol oynayan komanda Premyer Liqada qalmağa layiqdi, ya yox?” Jurnalistlərdən birinin “Bir oyuna görə?” cavabından sonra Diniyev “Qəşəng cavab idi, oturdum yerimdə...” deyərək, matçla bağlı fikirlərini bölüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR