Bəzi çaylarda sululuq artıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Xınalıq, Ləzə, Şirvan, Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, yağıntılarla əlaqədar bəzi çaylarda sululuq bir qədər artıb. Avtomat hidroloji stansiyalardan əldə olunan məlumata görə, bu gün Böyük Qafqaz ərazisindən axan Katexçayın Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11, Qudyalçayın Qımıl, Vəlvələçayın Afurca və Qaraçayın Rük məntəqələrində 1, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayın Əsrikcırdaxan məntəqəsində 2, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 santımetr artım müşahidə olunub.

Asif Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, aprelin 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR