Azərbaycanda gənc alimlərə dövlət tərəfindən xüsusi sosial güzəştlərin tətbiqi təklif olunur

13:17 25 Dekabr 2014
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:13 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda gənc alimlərə dövlət tərəfindən xüsusi sosial güzəştlərin tətbiqi təklif olunur.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin digər komitələrlə birgə bu gün müzakirəyə çıxartdığı “Elm haqqında” qanun layihəsinin 7-ci (Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı) maddəsinin 8-ci bəndində əksini tapıb.


Bildirilir ki, “Dövlət yüksəkixtisaslı elmi kadr hazırlığını və elmi nailiyyətləri stimullaşdırır, elmi işçilərin, o cümlədən gənc alimlərin iş yerləri və layiqli əməkhaqqı ilə təmin olunmasını, onlara müvafiq xüsusi sosial güzəştlər və imtiyazlar verilməsini təmin edir”.


Qanun layihəsinin müzakirəsi davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR