“Sənə bunu demişdim, indi o anı yaşayıram” -

Aktyor Hikmət Rəhimov bu gün vəfat edən Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov haqda paylaşım edib.

Metbuat.az xəbər verir ki, aktyorun fikirləri birmənalı qarşılanmayaraq ciddi müzakirələrə səbəb olub:

“Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!”.

Xatırladaq ki, aktyor illər öncə AzDrama ilə yollarını qalmaqallı şəkildə ayırmışdı. O, Azər Paşa Nemətov teatra direktor təyin olunanda onu təbrik etmədiyi üçün işdən çıxarıldığını bildirmişdi.

Qeyd edək ki, Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR