“Neftçi” basketbol klubu səfərdə “Olimpik Şəki”ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik” komandası “Neftçi”ni qəbul edib.

Görüşün üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən Bakı təmsilçisi 112:78 hesablı qələbə qazanıb.

Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olublar.

Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR