AFFA rəsmisindən Byazinin "əla oyun göstərdik" fikrinə

AFFA-nın baş katibi Sərxan Hacıyev millimizin biabırçı məğlubiyyətləri ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, ATV idman-a danışan Sərxan Hacıyev bildirib ki, baş məşqçi Canni De Byazi AFFA-ya hesabat təqdim edəcək.

Baş katib Canni De Byazinin yığmanın oyununu "əla oyun göstərdik" fikrinə də münasibət bildirib: "İnanmıram ki, dünyada hər hansı məşqçi komanda 5-0, 4-1 uduzduqdan sonra oyunu əla qiymətləndirsin. Həmin məsələdə konteksdən çıxarılan bir məqam var idi. Həmin anda Byazi "birinci qola kimi komanda yaxşı oynadıq" sözlərini deyib".

Canni De Byazi ilə müqavilə uzadılan zaman onun qarşısına konkret hədəf qoyulmayıb: "Müqavilə uzadılan zaman komanda 3 dəfə ard-arda qələbə qazamışdı. Belə bir tendesiyanın davam etməsi qarşıya məqsəd qoyulmuşdu".

Qeyd edilib ki, AFFA ötən ildən qalibiyyətə görə verilən mükafatları azaldıb: "Beş-altı oyun bundan öncə belə bir məsələ gündəm gəlib. Nəticəyə görə verilən mükafatlar xeyli azaldılıb. Hazırda bunu yeni maliyyə strategiyasına bunu bağlaya bilərik".

Baş katib həm də qeyd edib ki, aprelin ortalarında İcraiyyə Komitəsinin iclası gözlənilir: "Müzakirə edilən məsələrdən biri millinin oyunlarının nəticələridir. Baş məşqçinin hesabatı dinləniləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR