​Gənc mütəxəssis Fatimə Zeynalova nüfuzlu mükafatlandırma gecəsində ilin ən yaxşısı seçildi

Fizioterapiya xəstənin patologiyasına uyğun olaraq onun fiziki sağlamlığını bərpa edib sosial həyata geri qaytaran tibbin önəmli sahələrindəndir. Artıq müasir fizioterapiya tibb elminin yeniliklərindən faydalanaraq əvvəlkindən tamamilə fərqlənir. Ölkəmizdə, dünyanın aparıcı ölkələrində tibbi təhsil almış, bilik və bacarıqlarını təkmilləşdirmiş və tibbin yeniliklərini uğurla tətbiq edəcək gənc mütəxəssislərə ehtiyac duyulur.

Fatimə Zeynalova bu sahəni peşəkarlarından öyrənən tibbi savadlı gənc kadarlarımızdandır.

O, 1997-ci ildə Bakı şəhərində anadan olub. Həkim ailəsində böyüməsi onun gələcək qərarlarına əsaslı şəkildə təsir edir. Estetik yanaşma tərzi və əllərindəki şəfanı nəzərə alan anası müşahidələrindən onun gələcəkdə bu işi uğurla görəcəyinə əmin idi.

Beləliklə orta təhsilini başa vurduqdan sonra gənc qız 2016-cı ildə İstanbul Bilgi Universitetinin Sağlıq bölümü, Fizioterapiya -Reabilitasiya fakültəsinə daxil olur.

Ali təhsilini başa vurduqdan sonra Fatimə Zeynalova vətənə qayıdıb fizioterapiya və aparat kosmetologiyasına əsaslanan özünəməxsus bədənşəkilləndirmə texnikasını yaradır. O, öz texnikasını INEX Medicale tərəfindən sertifikatlaşdırılmış bədənşəkilləndirmə cihazları ilə kompleks şəkildə və müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirir.

2023-cü ildə o, aparat kosmetologiyası üzrə məşqçi olan gənc mütəxəssis yaxın gələcəkdə Azərbaycanda sağlam bədənşəkilləndirmə və hardware kosmetologiyasına əsaslanan ilk Body Barını yaratmağı planlaşdırır.

Qadınların güzgüdə öz əksinə aşiq olmaları üçün əlindən gələnin ən yaxşısını edən Fatimə Zeynalova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Talented Physiotherapist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR