Ağ Ev Baydenin populyarlığını artırmaq üçün yeni yol tapdı

Ağ Ev növbəti prezident seçkilərinə qədər ABŞ-ın hazırkı prezidenti Co Baydeni təbliğ edəcək xüsusi bloqçular qrupu yaratmaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Nəşrin məlumatına görə, bloqçular Baydenin reytinqini yaxşılaşdırmaq üçün sosial şəbəkələrdə aktivlik göstərməlidirlər.

Bundan əlavə, blogerlərin Ağ Evdə öz brifinq otağı da olacaq. Nəşr hesab edir ki, bu planlar Baydenin reytinqinin yüksəldilməsi üçün yaranan zərurət fonunda keçmiş prezidentin böyük abunəçi ordusuna qarşı çıxmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Artıq Amerika dövlətinin tarixində ən yaşlı başçısı olan Bayden ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb. Həmin vaxt onun 82 yaşı tamam olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR