Dini liderin uşaqla yaxınlığı etirazlara səbəb oldu -

Tibetin buddist ruhani lideri Dalay Lamanın qatıldığı mərasimdəki davranışı gündəm olub.

Metbuat.az xəbər verir ki, o, uşağı dodaqlarından öpərək, ardınca dilini çıxarıb. Dini lider uşaqdan onun dilini də öpməsini istəyib. Maraqlısı budur ki, dini lider bunları media qarşısında edib. Ruhani lider yanına balaca uşağa “Səni qucaqlaya bilərəmmi?” deyib. 87 yaşlı Dalay Lama daha sonra yanağını göstərərək “Əvvəlcə bura” deyərək, balaca oğlandan əvvəlcə onu öpməsini, sonra qucaqlamasını istəyib.

Balaca oğlan Tibetin ruhani liderinin bu istəyini yerinə yetirdikdə, bu dəfə Dalay Lama dodaqlarını göstərərək “Məncə, bura sonuncu yerdir” deyərək balaca oğlanın dodaqlarından öpür. Uşağın təəccübləndiyi görəndə Dalay Lama "Və mənim dilimi əm" deyir və dilini uşağa uzatır. Dalay Lamanın davranışı etirazlara səbəb olub. Etirazlardan sonra o üzr istəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR