"Süd vəzi xərçənginin "cavanlaşması" müşahidə edilir" -

"Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil"

Metbuat.az xəbər verir ki, bunu ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva Səhiyyə Nazirliyinin rəsmi saytına müsahibəsində deyib:

Həqiqət xanım, ilk öncə bilmək istərdik ki, süd vəzi xərçəngi hansı hallarda yaranır?

- Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər.

- Süd vəzisinin xoşxassəli şişləri hansı halda bədxassəli şişə çevrilir?

- Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Süd vəzində yaranmış hər hansı bir xosxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur. Bəzən isə xosxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər.
Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xosxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar vardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR