Hacı Əli Behiştinin ittihamı

Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması barədə xəbər vermişdik.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, artıq ona ittiham elan olunub və barəsindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR