Küveytdə fəaliyyət göstərən “Kuwait News” televiziyası süni intellektlə işləyən virtual xəbər aparıcısı Fedhanı təqdim edib.
Metbuat.az xəbər verir ki, tanıdım videosunda ərəbcə danışan Fedha, “Mən Küveytdə “Kuwait News”da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək” deyə bildirib. “Kuwait News” televiziyasının məlumatına görə, süni intellekt serveri Fedha sınaq mərhələsindədir və internetdə gündəlik xəbərləri oxuyur. Ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib.