​Lotereya həvəskarlarını sevindirən daha bir yenilik

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya” ASC şans oyunları həvəskarlarını sevindirən daha bir yenilik tətbiq edib. Belə ki, tirajlı lotereya biletlərini artıq bir çox lotereya satış nöqtəsindən əldə etmək mümkündür.

Fəaliyyəti boyu müasir innovasiyaların tətbiqinə geniş yer verən “Azərlotereya” ASC satış nöqtələrində tirajlı lotereya biletlərini anında çap edəcək əl terminalı qurğularını istifadəyə verib. İlkin mərhələdə 200-dən çox satış nöqtəsində tirajlı lotereyaların əl terminalları vasitəsilə satışı təşkil olunub.

Lotereya həvəskarları əl terminalları vasitəsilə istəklərinə uyğun olaraq seçdikləri uğurlu rəqəmlərdən ibarət biletləri yerindəcə çap etdirərək almaq imkanı qazanıblar. Beləliklə hər bir lotereya həvəskarı yerindəcə istədiyi rəqəmlərdən ibarət biletləri, həmçinin hazır biletləri alaraq tirajlı lotereyalarda öz şansını sınaya bilər.

Oyunçu əl terminalı vasitəsilə keçirilmiş tirajın nəticələri ilə bağlı oyun biletinin uduşlu olub-olmadığını da yerindəcə yoxlaya bilər. İlin sonunadək əl terminalının tətbiq olunacağı satış nöqtələrinin sayının daha da artacağı nəzərdə tutulub.

Qeyd edək ki, həftənin hər günü Xəzər TV və “Azərlotereya TV” youtube kanalında saat 19:45-də canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduş, “Meqa 5/36”da 149 000 manata yaxın cekpot, bazar ertəsi, çərşənbə, cümə və şənbə günlərində isə “4+4” oyununda minimum 508 000 manatdan çox cekpota sahib ola bilərsiniz. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini axtarır.

Tirajlı lotereya biletlərini “Misli” məntəqələri, “Azərpoçt” şöbələri və “Azərlotereya” satış nöqtələrindən də əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR